Darçınlı peçenye
Darçınlı peçenye üçün lazım olanlar
Un
250 qr kərə yağ
Kiçik əzilmiş qoz və ya fındıq
1 paket qabartma tozu
1 paket vanil
2 çay qaşığı darçın (yarım çay qaşığı da xəmiri üçün)
1 ədəd yumurta ağı
1 stəkan duru yağ
1 stəkan şəkər tozu

Peçenyeni kəsmək üçün müxtəlif formalı fiqur

Hazırlanması
Ocağı əvvəlcədən 160-170 dərəcədə isidin. Verilən vasitələri bir qabda yaxşıca qarışdırıb yoğurun. Yumşaq xəmir alındıqda onu orta ölçülü kündələrə ayırın. Həmin kündələri nisbətən qalın yayaraq fiqurlarla kəsin. Ocaq qabına yığıb 20 dəqiqə bişirin. Bişdikdən sonra 3 yemək qaşığı şəkər tozu ilə 2 çay qaşığı darçını qarışdırıb bişən peçenyeləri bu qarışıma batırın. Artıq peçenyeləriniz çayla içilməyə hazırdır.

Nuş olsun.

Xəbər 458 dəfə oxundu.