Kamran Ağayev “Mlada“dan ayrıldı
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev klubsuz qalıb. 31 yaşlı əlcək sahibi çıxış etdiyi Çexiyanın "Mlada" klubundan
göndərlib.

Buna səbəb kimi Kamranın gözlənilənləri verməməsi olub. Onun müqaviləsi mövsümün sonunda başa çatsa da, məşqçilər korpusu Ağayevi komandaya lazımsız biliblər. Kamran Ağayev bu mövsümün əvvəlində Portuqaliyanın "Boavişta" klubundan "Mlada"ya keçmişdi. O, Boleslav təmsilçisinin heyətində 7 oyun keçirib və 1 qırmızı vərəqə alıb.

Xəbər 20 dəfə oxundu.