“Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil“
Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib
“Biz ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyinin Qüdsə köçürülməsi ilə razı deyilik. Hesab edirik ki, qərar regionda nizamlanma prosesi baxımından faydalı olmayacaq. Böyük Britaniyanın İsraildəki səfirliyi Tel-Əvivdə yerləşir və onun köçürülməsi planlarımıza daxil deyil”, deyə T.Mey bildirib.

Xəbər 45 dəfə oxundu.