Türkiyə Trampın Qüdsə dair qərarını pisləyib
Türkiyə rəsmi Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb.
APA-nın xəbərinə görə, bu barədə özünün “Tvitter” səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.
“Biz ABŞ administrasiyasının Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair məsuliyyətsiz bəyanatlarını pisləyirik. Bu qərar beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir”, M.Çavuşoğlu qeyd edib.

Xəbər 25 dəfə oxundu.