Şamaxıda 1500 ağac, gül və bəzək kolları əkilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində dekabrın 6-da Şamaxıda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.
Təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malik “Ümumrespublika Yaşıllaşdırma Marafonu”, eyni zamanda, yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir.
Rayon icra hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivlərinin, habelə ictimaiyyət nümayəndələrinin qatıldığı aksiya zamanı Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, Bakı-Şamaxı-Yevlax, Şamaxı-Pirqulu avtomobil yollarının ətraflarında, şəhərin küçə və parklarında səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, ağaclar ağardılıb, habelə 1500-ə yaxın müxtəlif növ ağac, gül və bəzək kolları əkilib. Təzə əkilən ağaclar və kollar suvarılıb, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilib.
Tural

Xəbər 20 dəfə oxundu.