Lənkəranda yeni bağlar salınır
Azərbaycanda ixracyönümlü əkin və təsərrüfat sahələrinin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Lənkəranda ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və əkinçilik ənənələrinə uyğun olaraq, Lənkəranda yeni hallabong bağları salınır.
Rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə “Gilan Aqro” MMC tərəfindən Cənubi Koreyadan gətirilərək əkilmiş hallabong növlü sitrus ağacları artıq bar verməyə başlayıb. Ötən il yeni sitrus meyvə bağlarından 1,5 ton nübar məhsul yığılıb.
Bu il isə rayonun Sütəmurdov kəndində 3, Siyavər kəndində 5, Şürük kəndində 20, Tükəvilə kəndində 40 hektar sahədə hallabong əkilib.
Ümumilikdə isə Lənkəranda 100 hektar sahədə hallabong sitrus meyvə bağlarının salınması nəzərdə tutulub.
Qeyd edək ki, hallabong əmtəəlik xüsusiyyətlərə malik sənaye əhəmiyyətli meyvədir. Məhsuldarlığı hər hektarda orta hesabla 35-45 ton təşkil edir. Bu, yerli sitrus meyvələri ilə müqayisədə 2-3 dəfə çoxdur.


Mahmud

Xəbər 49 dəfə oxundu.