Ermənistanda hərbçilər qəzaya düşüb
Ermənistanın Vanadzor (Böyük Qarakilsə) şəhərində hərbçilər ağır qəzaya düşüblər.
Vanadzor-Dilican yolunda 34 TC 371 dövlət nömrə nişanlı Ford markalı avtomobilin sürücüsü idarəetməni itirməsi nəticəsində, avtomobil yolun hərəkət hissəsindən çıxaraq elektrik ağac dirəyinə çırpılıb və aşaraq yaxınlıqdakı binaların bağına düşüb.
Məlumata görə, xəsarət alanlar Vanadzor xəstəxanasına təxliyyə edilib. Hadisə yerində araşdırma aparan hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, qəza zamanı yaralanan sürücü və sərnişin hərbi qulluqçulardır.
Məlumata görə, xəsarət alan sürücünün Vanadzor hərbi komissarlığında, yaralı sərnişinin isə hərbi hissələrin birində şöbə rəisi olduğu məlum olub.
Onlar Vanadzor hərbi hospitalına təxliyyə edilib. Sürücünün vəziyyəti orta ağır, sərnişinin vəziyyətinin isə ağır olduğu bildirilib.

Xəbər 18 dəfə oxundu.