Ulu öndərin həyat və fəaliyyəti azərbaycançılıq məktəbidir
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə faydalanır və daim faydalanacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 7-də Xaçmazdakı Heydər Əliyev adına İdeoloji Mərkəzdə Ulu Öndərin xatirəsinə həsr edilən anım mərasimində səsləndirilib.
Rayonda fəaliyyət göstərən idarə və təşkilatların kollektivlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti haqqında danışıblar.
YAP Xaçmaz rayon təşkilatının Qadınlar Şurasının sədri Sevinc Sədullayeva ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıb. Qeyd edib ki, dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli mənəvi tərəqqisi üçün möhtəşəm işlər görüb.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri qeyd olunub, ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının dahi liderin adı ilə bağlı olduğu vurğulanıb.
Sonda şagirdlər Ulu Öndərə həsr olunan şeirlər söyləyiblər.
Mahmud

Xəbər 23 dəfə oxundu.