Daşnaklara qarşı savaşan polkovnik Məmməd Ağpolad kim olub?
AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediyasında" Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan əsilli polkovniki,1918-1922–ci illərdə öncə Azərbaycanın, daha sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda mübarizə aparan Məmməd Ağpoladın məqaləsi yaradılıb.
Qeyd edək ki, polkovnik Məmməd Ağpolad Azərbaycan Cümhuriyyət ordusunun 1-ci Topçu briqadasının, I divizyonunda batareya komandiri leytenant Məmməd Rza oğlu Rzayevdir. Türkiyədə soyad qanunu çıxdıqdan sonra Ağpolad soyadını götürüb. Məmməd bəy 1897-ci ildə Gəncə şəhərinə İmamalı məhəlləsində anadan olub.
Məqalə tanınmış müstəqil tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında hazırlanıb.
Daha ətraflı məlumat almaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:
https://az.wikipedia.org/wiki/M%C9%99mm%C9%99d_A%C4%9Fpolad

Xəbər 148 dəfə oxundu.