BMT: Azərbaycanda inflyasiya azalacaq, Ermənistanda isə artacaq
2017-2018-ci illərdə Azərbaycanda inflyasiyanın azalma tempi Gürcüstan və MDB ölkələri ilə müqayisədə daha ciddi olacaq. Bu barədə BMT-nin İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir. Qeyd olunur ki, 2017-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 12 faiz olacaq, lakin gələn il 5,9 faizədək azalacaq. 2019-cu ildə isə inflyasiya cüzi artaraq 7,5 faiz təşkil edəcək. BMT-nin proqnozuna əsasən, regionun digər ölkələrində - Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynada inflyasiyanın azalma tempi 0,3-3 faiz bəndi təşkil edəcək. Ermənistan, Türkmənistan və Rusiyada isə inflyasiyanın artımı proqnozlaşdırılır.


Nigar

Xəbər 94 dəfə oxundu.