Ulu öndər mədəniyyəti hər zaman xalqın böyük sərvəti hesab edib
Ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinə xüsusi diqqət və qayğı ilə yanaşıb və onun dünyada təbliğ olunmasında mühüm rol oynayıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ümummilli Liderimizin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov deyib.
Azərbaycan mədəniyyətinin və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində Ümummilli Liderin misilsiz xidmətlərindən danışan B.Osmanov bildirib ki, dahi rəhbər mədəniyyəti hər zaman xalqın böyük sərvəti hesab edib. Ulu Öndərin mədəniyyət və incəsənətə qayğısı sayəsində teatrlar, muzeylər, mədəniyyət mərkəzləri, incəsənət məktəbləri və digər müəssisələr inkişaf edib genişlənib. O, azərbaycançılıq ideologiyasının formalaşmasında həlledici rol oynayıb. Ümummilli Lider Azərbaycan xalqına öz milli mənsubiyyətinə, dilinə, mədəniyyətinə və incəsənətinə görə qürur hissi aşılayıb.

Xəbər 186 dəfə oxundu.