Ukrayna Nazirlər Kabinetinin əməkdaşı casusluq ittihamı ilə saxlanılıb
Kiyevdə Ukrayna Nazirlər Kabineti katibliyinin əməkdaşı saxlanılıb. “Ukranews.com”un verdiyi xəbərə görə, baş nazirin protokol xidməti rəhbərinin müavini Stanislav Yejov Rusiyaya casusluqda ittiham edilir. Məlumata əsasən, saxlanılan şəxs Ukrayna baş naziri Vladimir Qroysmanın kabinetində tərcümə işi ilə məşğul olub. Ukrayna Təhlükəsizlik Xidməti hesab edir ki, S.Yejov Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Ukrayna hökumətinin fəaliyyəti haqqında məlumatlar toplayıb. Stanislav Yejov bundan əvvəl Ali Radada, Ukraynanın ABŞ-dakı səfirliyində və Ukrayna Prezidenti Administrasiyasında işləyib.

Xəbər 141 dəfə oxundu.