“Rusiya ilə dostluq etməyəcəyi təqdirdə Moldova öz dövlətçiliyini itirə bilər”
“Rusiya ilə strateji tərəfdaşlıq edəcəyi halda, Moldova özünün bir çox problemlərinin həllinə nail ola bilər”-deyə Moldova Respublikasının prezidenti İqor Dodon bildirib.
“Mən həmişə Moldovanın dövlətçiliyi lehinə çıxış etmişəm. Ölkəmin milli dili, tarixi ilə bağlı ittihamları cavabsız qomamışam. Mən neytrallığın müdafiəçisiyəm. Ona görə də, əgər biz NATO və ya hansısa bir bloka daxil olsaq, bu, Moldovanın sonu demək olar, yəni bizi dünya üzündan silə bilərlər”. Bu fikirləri İqor Dodona istinadən “Sputnik” yayıb.
Dodon, neytrallıq nümayiş etdirməyəcəyi təqdirdə Dnestryanı problemini həll edə bilməyəcəyinə inandığını da ifadə edib. O, həmçinin həmişə Rusiya ilə dostluq və Avrasiya İqtisadi Birliyində iştirak üçün danışdığını xatırladıb: “Düşünürəm ki, Avrasiya İqtisadi Birliyi bizim ənənəvi tərəfdaşlarımız, eyni zamanda Moldovanın gələcəyidir. Mən belə başa düşürəm ki. bütün problemlərimizi Rusiya ilə birgə həll edə bilərik. Rusiya ilə strateji tərəfdaşlıq olmadan Moldova öz dövlətçiliyindən məhrum ola bilər. Bir daha xatırladım ki, bu mənim açıq və aydın mövqeyimdir”.
Moldova rəhbəri əlavə olaraq həmişə pravoslav dəyərlərinin qorunmasını dəstəklədiyini də dediklərinə əlavə edib. Dodon, millət vəkillərinin dövlət dilinin Moldovadan Rumıniyaya “köçürülməsi” təşəbbüsünə kəskin şəkildə qarşı çıxıb.
O, həmçinin Moldova ilə Rumıniya arasında birləşmə hərəkatı ilə bağlı referendum keçirməkə bağlı niyyətini də açıqlayıb.
Ağasəf Babayev

Xəbər 196 dəfə oxundu.