Balqabaqdan fərqli şirniyyat
Ərzaqlar:
600 qr balqabaq
3 stəkan şəkər tozu
1 stəkan su
1 stəkan çəkilmiş qoz və ya qaymaq
3-4 ədəd mixək
2-3 damcı limon suyu

Hazırlanması:
Balqabağın çəyirdəyini çıxarıb, qabığını soyaraq, iki barmaq qalınlığında dilimləyin və yuyun. Həmin dilimləri qazana yerləşdirin. Üzərinə şəkər tozu və mixək səpin. Qazanın ağzını bağlayıb bir saat saxlayın. Balqabaqlar növünə görə suyunu buraxmaya bilər, buna görə su əlavə edərək orta temperaturda 45-50 dəqiqə bişirin. Suyunu tamamən çəkən balqabaqları ilıqlaşdıqdan sonra diqqətli bir şəkildə servis boşqablarına qoyun. Üzərinə qoz və ya qaymaq qoyaraq servis edə bilərsiniz.
Nuş olsun!

Milli.Az

Xəbər 313 dəfə oxundu.