“Gənclər arasında Könüllü fəaliyyət və ictimai Fəallıq“ adlı layihə uğurla icra edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10 cu qrant müsabiqəsinin qalibi Samir Bədiyevin "Gənclər arasında Könüllü fəaliyyət və ictimai Fəallıq”adlı layihəsi həyata keçirilib.
Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Samir Bədiyev iştirakçılara layihənin məqsədi haqqında məlumat verib. O, qeyd edib ki, dövlətimiz müstəqillik əldə etdikdən sonra gənclərə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasında gənclər siyasəti, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi – mədəni irsinə, milli – mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai –siyasi, sosial – iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində mühüm işlər görülməkdədir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər birliyinin əməkdaşı və eyni zamanda bu sahədə peşəkar təlimçi olan Mahmud Mahmudov qeyd edib ki, Gənclər Fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər.Bu da gənclərə inkişaf üçün böyük stimul verir.O Daha sonra təlimin əhəmiyyətindən söz açaraq gəncləri bu sahədə təlimatlandırıb.
Sonda layihədə iştirak edən gənclər üçün coffe break fasiləsi təşkil edilib

Xəbər 87 dəfə oxundu.