“Rabitabank” da vakansiya
“Rabitabank” ASC Marketinq departamentinə  Marketinq kommunikasiyaları üzrə Menecer vəzifəsinə  işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
 Bankın PR və marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştirak etmək;
 Marketinq kampaniyalarının hazırlanmasında, tətbiqində və geniş auditoriyaya çatdırılmasına aktiv dəstək göstərmək;
 Bankın korporativ sosial məsuliyyət proqramını formalaşdırmaq və icrasını təmin etmək;
 Bankın təmsil olunduğu bütün onlayn kanallarda müəyyənləşdirilmiş standartları tətbiq etmək və kontent, eləcə də, kommunikasiya üçün təkliflər vermək və monitorinqini aparmaq;
 KİV-lə aktiv işləmək, mətbuat tədbirlərini təşkil (mətbuat-konfransı, müsahibə) etmək;
 Bankın rəqəmsal və ənənəvi kanallarda brend qaydalarına və öncədən müəyyənləşmiş hədəflərə uyğun olaraq bankın təmsil olunmasını təmin etmək;
 Bankın brendinin gücləndirilməsi və imicinin yüksədilməsi üzrə tədbirləri hazırlamaq və həyata keçirmək.
Namizədə qarşı tələblər:
 Ali təhsil;
 Marketinq / PR sahəsində azı 3 il iş təcrübəsi;
 Google AdWords, Facebook ads manager, e-mail marketinq alətlərindən istifadə bacarığı;
 Azərbaycan və rus dillərini səlis, ingilis dilini yüksək səviyyədə bilməli.
Davranış səriştələri:
 Yaradıcı və təşəbbüskar olmalı;
 Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti; 
 Layihələrin idarə edilməsi bacarığı; 
 Yüksək kommunikasiya, təqdim etmə və yazılı ünsiyyət qurma bacarığı.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə üçün:
Telefon: (012) 598 44 88,  Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Xəbər 133 dəfə oxundu.