Ay tutulması Azərbaycandan tam müşahidə ediləcək
Bu il iki dəfə Ay tutulması müşahidə ediləcək. Yerin ekvatorial zonasında baş verəcək bu hadisələr mərkəzi tutulmalar adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, yanvarın 31-də baş verəcək Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq. Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.
İyulun 28-də baş verəcək Ay tutulması isə Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da başa çatacaq. Bu Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq.
 
Mahmud

Xəbər 85 dəfə oxundu.