Tərcümə Mərkəzinin nəşri elektron portala yerləşdirilib
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün onlayn versiyası Mərkəzin “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.
Qeyd edək ki, sözlük – Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də dilimizə daxil olmuş, işləklik qazanmış alınma söz və terminlərin seçimi və vahid, düzgün yazılış qaydası prinsipi üzrə tərtib edilib.


Mahmud

Xəbər 98 dəfə oxundu.