“Made in Azerbaijan“ loqosu təqdim olunub
Yanvarın 12-də "Made in Azerbaijan" loqosu təqdim olunub.
AZƏRTAC xəbər verir ki, loqonu "Leo Burnett" şirkəti hazırlayıb. Şirkətin nümayəndəsi Abbas Fətullayev loqonun strategiyası, başqa ölkələrin bu sahədə təcrübəsi barədə məlumat verib. Bildirib ki, "Made in Azerbaijan" loqosu Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyini, ölkəmizin yüksək mədəni səviyyəsini, eyni zamanda, xalq sənətkarlığının atributlarını özündə əks etdirir.
Anar

Xəbər 25 dəfə oxundu.