Yeni robot nümayiş etdirilib
Tayvan Sənaye Texnologiyaları Tədqiqat İnstitutunun (ITRI) mühəndisləri tərəfindən Las-Veqasda keçirilən “CES” sərgisində təqdim edilmiş robot “Skrabl” adlı masaüstü oyunu müvəffəqiyyətlə oynayır.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, robotun yaradıcıları ITRI texnologiyalarının süni intellekt sahəsində səviyyəsini nümayiş etdirməyə dair qərar veriblər. İnsanabənzər robot ona müxtəlif obyektləri tanımağa imkan verən maşın görmə sistemi ilə təchiz edilib. Robotun iki manipulyatoru kubiki götürərək onu oyun xanasına dəqiq yerləşdirmək qabiliyyətinə malikdir.
Bundan başqa, ITRI robotu oyun qaydalarını və daha çox xal toplamağa imkan verən qələbə strategiyalarını bilir, həmçinin geniş söz ehtiyatına malikdir. Robot bu oyunu həqiqətən yaxşı oynayır. Belə ki, sözügedən robotla bir partiya oynamış “Engadget” nəşrinin jurnalisti məğlub olub.

Mahmud

Xəbər 140 dəfə oxundu.