Tovuzda şəhidlərin xatirəsi anılıb
Tovuz Rayon Mədəniyyət Evində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov 1990-cı ilin 20 yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb. Qeyd edib ki, qanlı hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib. Məhz həmin konfransdan sonra dünya ictimaiyyəti bu faciə barədə ətraflı məlumat alıb.
Çıxışlarda bildirilib ki, 20 Yanvar şəhidlərinin ailələri, əlil olmuş vətəndaşlarımız hər zaman diqqət mərkəzində saxlanılır. Hər bir azərbaycanlı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur, ehtiramla anır.
Sonra tədbir iştirakçıları xalq teatrının hazırladığı “20 Yanvar - qan yaddaşımız” adlı kompozisiyaya baxıblar.


Mahmud

Xəbər 166 dəfə oxundu.