Qaliblər mükafatlandırılıblar
Paytaxtın Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Aynur Orucovanın “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihəsi çərçivəsində “Təmiz şəhər” mövzusunda rəsm müsabiqəsinin son turu keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 257 nömrəli tam orta məktəbin təşkilati dəstəyi ilə keçirilib.
“Təmiz şəhər” mövzusu üzrə keçirilən müsabiqənin nəticələrinə görə Aydan Həsənzadə birinci, Cəmilə Rəcəbova ikinci, Nəsrin Həsənli üçüncü yeri tutublar. Müsabiqənin qaliblərinə diplom və xatirə hədiyyələri, digər iştirakçılara isə sertifikatlar verilib.


Mahmud

Xəbər 28 dəfə oxundu.