ABŞ nüvə silahlarının sayını artırmaq niyyətindədir
ABŞ nüvə silahlarının sayını artırmaq istəyir.
APA-nın xəbərinə görə, bu barədə “Huffington Post” ABŞ-ın nüvə doktrinası layihəsinə istinadən məlumat verib.
Layihənin mətninə görə, Tramp administrasiyası aşağı qüvvəli nüvə silahlarının sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
“Rusiya Sovet İttifaqı deyil, soyuq müharibə isə keçmişdə qalıb. Yaxşı münasibətləri saxlamaq üçün bütün səylərimizə baxmayaraq, Rusiya ABŞ və NATO-nu əsas rəqib sayır, Avrasiyada dağıdıcı geosiyasi məqsədlərinin həyata keçirilməsinə maneə kimi qiymətləndirir”, mətndə vurğulanıb.
Layihənin müəlliflərinə görə, Rusiya ilə yanaşı Şimali Koreya da ABŞ üçün ciddi təhlükə kəsb edir.

Xəbər 109 dəfə oxundu.