Bu məhsullar bağırsaq xərçənginin riskini artırır
Böyük Britaniya alimləri aşkar ediblər ki, bəzi qida növləri bağırsaqlarda iltihabın inkişafına səbəb olur. Daha sonra bu iltihab bağırsaq xərçənginin inkişafına səbəb ola bilər.
Milli.Az bildirir ki, Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri 121 000 insanın qidalanmasını araşdırdıqdan sonra belə nəticəyə gəliblər ki, bu kimi qida və içkilər bağırsaq xərçənginin riskini xeyli artırır:
- qırmız ət (xüsusilə qızardılmış)
- heyvanların içalatı
- əla növ un (ekstra)
- şirin içkilər
- alkoqol içkiləri.
Məhz bu məhsulların tez-tez istehlakı bağırsaqda iltihabın inkişafına səbəb olur. Bəzi məhsullar isə əksinə bağırsaqda iltihabı azaldır və bununla da xərçəngin riskini artırır. Alimlərin belə məhsulların siyahısını tərtib ediblər:
- yarpaq tərəvəzləri (kahı, ispanaq və s.)
- tünd sarı rəngdə olan tərəvəzlər
- tam taxıllar
- qəhvə (şəkərsiz)
- təbii meyvə şirələri (şəkərsiz).

Mahmud

Xəbər 263 dəfə oxundu.