Ukraynada “Xocalı ayı”
Azərbaycanın Ukraynadakı səfirliyi, diaspor təşkilatları və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) birgə təşəbbüsü ilə Ukraynada “Xocalı ayı” elan edilib. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Ukraynanın bütün vilayətlərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları, anım tədbirləri keçiriləcək. Tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yürüşlər təşkil olunacaq, Xocalı soyqırımını əks etdirən fotoinformasiya bukletləri paylanılacaq, soyqırımı haqqında elmi-praktik seminarlar keçiriləcək.

Xəbər 414 dəfə oxundu.