“Prezident tərəfindən aparılan siyasət Ermənistanı bu dəhlizlərdən tamamilə təcrid edib”
“Ermənistanın Azərbaycanın tranzit dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur”. Bu barədə mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, Azərbaycan ərazilərini işğal etmiş Ermənistan Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət nəticəsində regionda keçirilən bütün layihələrdən, o cümlədən nəqliyyat dəhlizlərinə qoşulmaqdan tam təcrid olunub. “Onlar ümid edirdilər ki, İran Ermənistan vasitəsilə yüklərin daşınmasını təşkil edəcək və nəqliyyat dəhlizi rolu oynayacaqlar. Ancaq görülən işlər, Azərbaycan Prezidenti tərəfindən aparılan siyasət Ermənistanı bu dəhlizlərdən tamamilə təcrid edib. Onların Azərbaycanın iştirak etdiyi tranzit dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur”, - deyə nazir bildirib.


Xəbər 28 dəfə oxundu.