Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Cəmiyyəti (ACSNC) Kaliforniya ştatının Standford Universitetində Xocalı qətliamının 26-cı ildönümünü həsr olunmuş tədbir keçirib.
Tədbir zamanı iştirakçılara 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən vəhşiliklər, qətliamın səbəbləri və Ermənistanın Azərbaycana təcavüzü haqda məlumat verilib.
Sonra kamança ifaçısı İmamyar Həsənovun ifasında Xocalı faciəsi ilə bağlı kompozisiyalar təqdim edilib.
Daha sonra "Zülmətdən qaçarkən" sənədli filmi nümayiş olunub.

Xəbər 267 dəfə oxundu.