“Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi elan edilib
“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət jurnalı “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə hekayə müsabiqəsi elan edir.
Redaksiyadan bildirilib ki, müsabiqəyə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etməklə tarixi şəxsiyyətlərdən və ya müəllif təxəyyülünün məhsulu olan obrazlardan söz açan müasir hekayələr təqdim etmək mümkündür.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 2018-ci il aprelin 10-dək ustaddargisi@gmail.com ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:
- Müəllifin adı və soyadı (təxəllüsü)
- Müəllifin əlaqə nömrəsi
- Hekayə “Times New Roman” şrifti ilə “word” proqramında ən azı 2000, ən çoxu 5000 işarə sayında (boşluqsuz) olmalıdır.
Hekayələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Ustad” jurnalının xüsusi buraxılışında dərc ediləcək.
Mahmud

Xəbər 209 dəfə oxundu.