Rusiyada prezident seçkiləri ilə bağlı səsvermə başlayıb
Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.
RİA Novosti agentliyi bildirir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.
Mərkəzi Seçki Komissiyasından bildirilib ki, seçki sistemi səsverməyə tam hazırdır. 2018 prezident kampaniyası zamanı federal seçkilərdə ilk dəfə yeni səsvermə mexanizmi vətəndaşların faktiki olduğu yer üzrə tətbiq olunur. Olduğu yer üzrə 5,5 milyondan çox rusiyalı səs verəcək.
Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.
Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.
Rusiya prezidenti postuna 8 namizəd iddialıdır.
Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.

Xəbər 149 dəfə oxundu.