Vladimir Putin 2151 saylı seçki məntəqəsində səs verib
Xəbər verdiyimiz kimi, bu gün Rusiyada prezident seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, martın 18-də Prezident Vladimir Putin Rusiya Elmlər Akademiyasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək səs verib.
Qeyd edək ki, Rusiya dövlət başçısı müntəzəm olaraq bu məntəqədə səs verir. O, 2016-cı ildə Dövlət Dumasına deputat və 2017-ci il bələdiyyə seçkilərində də seçimini məhz bu məntəqədə edib.

Xəbər 237 dəfə oxundu.