“Tənbəl piroq”
Sadə kartof püresindən hazırlanan və olduqca ləzzətli olan bu yeməyi “Tənbəl piroq” və ya “Qaynar buterbrod” adlandırmaq olar .
Bunun üçün çörək, baton və ya lavaşdan istifadə etmək mümkündür.
Lazım olan məhsullar:
1-ci qarışım:
- Püre - 200 qr
- Yumurta - 1 əd
- Mayonez - 2 xörək qaşığı
- Yaşıl soğan - 1 dəstə
- Bibər

2-ci qarışım:
- Pendir - 100 qr
- Mayonez - 3 xörək qaşığı
- Şüyüd
- Bibər

Hazırlanması:
Çörək diliminin üzərinə əvvəl 1-ci qarışım, sonra üst qata 2-ci qarışım yaxılır. Sonra sobada 175 dərəcədə 10 ərzində bişirilir. Qəlyanaltı hazırdır.
Nuş olsun!

Xəbər 220 dəfə oxundu.