Üçqulaq paxlava
Tərkibi:
500 qr un
2 ədəd yumurta
150 qr süd
Maya, duz.
İçlik:
200 qr qoz ləpəsi
200 qr şəkər tozu
Vanil.

Hazırlanma qaydası:
Xəmir yoğurulur, 0.5 saat isti yerdə saxlanılır. Sonra kündə edilib lavaş açılır və həmin lavaşlar pörtülür. 10 sm enliyində lavaşlar uzununa kəsilir. Kəsilmiş lavaşların 3/1 hissəsinə içlik qoyulur və üçbucaq formasında bükülür.
Duru yağda qızardılır. Qızardıldıqdan sonra üzərinə şəkər pudrası əlavə etmək olar. Süfrəyə çayla verilir.
Nuş olsun!

Xəbər 166 dəfə oxundu.