Rusiyada yol qəzasında dörd nəfər yanaraq ölüb
Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb.
RİA “Novosti” agentliyinin verdiyi məlumata görə, aprelin 14-də saat 23.15-də Yeni Moskva yolunun Novofyodorovsk yaşayış məntəqəsindən keçən hissəsində “VAZ 21124” markalı minik avtomobili aşaraq yanıb.
Nəticədə sürücü və üç sərnişini yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər 78 dəfə oxundu.