“PSJ” vaxtından əvvəl ölkə çempionluğunu qazanıb
Parisin “PSJ” futbol klubu Fransa çempionatının başa çatmasına 5 tur qalmış çempionluğu təmin edib.
APA-nın məlumatına görə, parislilər 33-cü turda ikinci pillədə qərarlaşan “Monako”-nu 7:1 hesabı ilə darmadağın ediblər.
87 xal toplayan “PSJ” “Monako” ilə fərqi 17 xala çatdırıb.
Beləliklə, "PSJ" tarixində 7-ci dəfə Fransa çempionu olub.

Xəbər 109 dəfə oxundu.