“Barselona“ İspaniya kubokunun qalibi olub
İspaniya kubokunda final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada “Barselona” və “Sevilya” üz-üzə gəlib.
Matç Madriddəki “Vanda Metroplitano” stadionunda keçirilib. Kataloniya təmsilçisinin aşkar üstünlüyü ilə keçən görüşdə barselonalılar 5:0 hesabı ilə qalib gəlib. Bununla da kataloniyalılar növbəti tituluna yiyələniblər.

İspaniya kuboku

21 aprel

Final

“Sevilya” – “Barselona” – 0:5
Qollar: Suares, 14, 40, Messi, 31, İnyesta, 52, Koutinyo, 69 (p.)

Xəbər 59 dəfə oxundu.