Ermənistanda istefalar davam edir
Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu gün Ermənistanın baş naziri Serj Sarqsyan etiraz dalğasının fonunda istefa verib.
Hökumət üzvləri isə istefa vermələrinə baxmayaraq yeni hökumət formalaşanadək vəzifələrini icra edəcəklər. Hökumət yeni baş nazirin təyinatından sonrakı 15 gün ərzində formalaşdırılır.
Hazırda baş nazirin səlahiyyətlərini baş nazirin birinci müavini Karen Karapetyan icra edir.

Xəbər 52 dəfə oxundu.