Tez hazırlanan şokoladlı desertlər
Fincanda mafi

Tərkibi:
3 x/q. un
1 ç/q. üyüdülmüş qəhvə
2 x/q. kakao tozu
2,5 x/q. şəkər tozu
1/4 ç/q. qabartma tozu
2 x/q. süd
1 ədəd yumurta
2 x/q. bitki yağı
2/1 ç/q. vanil

Hazırlanması:

Əvvəlcə un, üyüdülmüş qəhvə, kakao tozu, qabartma tozu və şəkər qarışdırılır. Süd, yumurta, yağ və vanil əlavə edilir. Bərk xəmir alınana qədər çəngəl ilə qarışdırılır. Alınan məhlul yağlanmış fincana əlavə edilərək 90 saniyəlik mikrodalğalı sobaya yüksək dərəcədə qoyulur. Vanilli dondurma ilə süfrəyə verilə bilər.

Tünd şokoladlı desert

Tərkibi:
200 qr. tünd şokolad
500 qr. südlü şokolad
400 qr. nutella
150 qr. fındıq

Hazırlanması:

Şokoladı əritdikdən sonra onu fırça ilə qabın dibinə və divarlarına çəkin. 2 dəqiqə soyuducuda saxlayın. Fındığı xırdaladıqdan sonra onu südlü şokolad və nutella ilə qarışdırın. Sonra dibinə şokolad çəkdiyiniz qaba tökün. Qabın ağzına qida plyonkası çəkib soyuducuda 3 saat saxlayın.

Qozlu şokolad

Tərkibi:
200 qr. peçenye
100 qr. qoz-fındıq (yaxud keşyu)
50 qr. ağ şokolad
250 ml. 30-35%-li qaymaq
2 x/q. bal
400 qr. tünd şokolad
100 qr. kərə yağı

Kakao tozu (üstünə səpmək üçün)

Hazırlanması:
Peçenye, qoz və ağ şokoladı əlinizlə xırdalayın.Tünd şokoladı xırda doğrayın, ya da əlinizlə bir qədər iri tikələrə bölüb qaba yığın.Tavaya qaymaq, kərə yağı və bal qoyun. Ocağın üstünə qoyub, qarışdıra-qarışdıra qaynara düşənəcən gözləyin və tünd şokoladın üstünə tökün, şokolad əriyənədək qarışdırın. Peçenye, qoz və ağ şokoladı əlavə edib qarışdırın. Bu qarışığı içinə qida plyonkası çəkilmiş kənarları açılan formaya tökün. Soyuducuda 3 saat saxlayın.

Milli.Az

Xəbər 214 dəfə oxundu.