Ermənistan iqtisadçı axtarır

"Rambler" xəbər verir ki, erməni baş nazir Nikol Paşinyan ölkə iqtisadiyyatındakı durumla baglı ABŞ-da yaşayan erməni iqtisadçısı Daron Ajemoğluna telefon açıb.
Paşinyan öz şəxsi “Facebook”unda yazır ki, guya Türkiyədə doğulan erməni Daron Ajemoğlu "Ermənistan iqtisadiyyatının bərpa və inkişafına dəstək verəcəyini” bildirib.
Təbii ki, bunları oxuyarkən, nədənsə, sabiq erməni baş nazir Karen Karapetiyanı xatırladım. O da baş nazir kimi fəaliyyətdə olarkən erməni iqtisadçı Abel Aqanbeqyandan Ermənistan iqtisadiyyatını dirçəltmək üçün kömək istəmişdi. Ermənistana gəlib ölkənin “iqtisadiyyatı” ilə tanış olan Aqanbeqyan o qaçan, İrəvandan qaçmışdı.
Ağasəf

Xəbər 255 dəfə oxundu.