Qazaxda mərkəzi xəstəxana binasının tikintisi sürətlə davam edir
Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam edir. 2,6 hektar sahədə inşa olunan xəstəxana binasında rayon sakinlərinin sağlamlığının keşiyində dayanmaq üçün hər cür şərait yaradılır. 145 çarpayılıq mərkəzi xəstəxana binası 10 korpusdan ibarət olacaq. Tikintidə əsas işlər demək olar ki, başa çatıb.
İş icraçısı Cəlal Əfəndiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün korpuslarda dam örtükləri vurulub, pəncərələr quraşdırılıb. Bundan əlavə, kanalizasiya və su xətti çəkilib.
Məlumat verilib ki, binanın daxili ilə yanaşı, çölündə də tikinti işləri aparılır. Artıq əsas korpusda üzləmə işləri görülür. Binanın ətrafına hasar çəkilib, giriş hissəsinə isə aqlay vurulub. Həmçinin binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunub.
Mahmud

Xəbər 72 dəfə oxundu.