İki komitə arasında əməkdaşlıq memorandumu imzalanacaq
Mayın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığa dair memorandum imzalanacaq.
ƏMDK-dan bildirilib ki, memorandumun əsas hədəfi daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi, bu sahədə innovasiyaların tətbiqidir.
Tədbir çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki mühüm layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu Sistemi, yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sistemi, o cümlədən müvafiq proqram təminatları və bu sahədə tətbiq olunan innovasiyalar canlı şəkildə nümayiş ediləcək.

Fuad

Xəbər 20 dəfə oxundu.