Ukraynada AXC-nin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb
Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov məlumat verib.
Səfirlik tərəfindən hazırlanan 4 növ poçt markasında Azərbaycan Xalq Cümhuriyyətinin parlament binasının, iclasının, Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verilən obrazın təsvirləri yer alıb. Poçt markalarında Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mövzusu geniş qeyd edilib. Sayı 2000 ədəd olan poçt markaları artıq bu gündən dövriyyəyə buraxılıb.
Fuad

Xəbər 89 dəfə oxundu.