“AİM - ASAN İnkişaf Modeli” layihəsi başa çatıb
“ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın birgə təşkilatçılığı ilə həyata keçirilən “AİM - ASAN İnkişaf Modeli” layihəsi başa çatıb.
“AİM” sosial proqramının əsas məqsədi regionlarda təhsil alan şagirdlərin tənqidi və tətbiqi düşünmək bacarıqlarını, o cümlədən yaradıcı, məntiqi təfəkkürünü inkişaf etdirməkdir.
Sosial proqram çərçivəsində 4 aprel tarixindən 7 fərqli bölgədə görüşlər baş tutub, 2000-dən çox şagirdə prioritet ixtisaslar, özünü inkişaf, psixoloji mövzularda təlimlər keçirilib, iştirakçıların sualları cavablandırılıb, həmçinin, aktiv şəxslərə hədiyyələr təqdim edilib.
Proqram Bakı, Şirvan, Sabirabad, Masallı, Cəlilabad, Qəbələ və İsmayıllıda 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində həyata keçirilib.
Həmçinin, layihə müasir və innovativ texnoloji yeniliklər, “Facebook”, “İnstagram”, “Twitter” kimi böyük sosial şəbəkələrdən faydalı istifadə və dünya trendlərinə düzgün qoşulma mövzularını əhatə edib.
Qeyd edək ki, “AİM” sosial proqramı gələcəkdə respublikamızın digər regionlarını da əhatə edəcək.

Xəbər 59 dəfə oxundu.