İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
İqtisadiyyat naziri Şahin Mustafayev mayın 18-də Ağcabədidə Ağdam, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Bayraq Muzeyinin inzibati binasında keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin “office@economy.gov.az” elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-05) və (055) 257-60-90 nömrəli telefonlar, nazirliyin “195-2” Çağrı Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin “www.economy.gov.az” internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi və nazirliyin “Facebook” səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər. Eyni zamanda bildirilir ki, iqtisadiyyat nazirinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Anar

Xəbər 63 dəfə oxundu.