Renat Dadaşov Portuqaliya klubuna keçib
Milli komandamızın hücumçusu Renat Dadaşov özünə yeni klub tapıb.
Apasport.az saytının məlumatına görə, gənc forvard karyerasını Portuqaliyada davam etdirəcək.
O, “Eştoril”lə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı xəbər yayıb.
Amma transferin şərtləri haqqında məlumat verilməyib.
Qeyd edək ki, Renatın yeni komandası “Eştoril” son mövsüm Portuqaliya Premyer Liqasında sonuncu yeri tutaraq elitanı tərk edib.

Xəbər 93 dəfə oxundu.