Pomidorlu çörək

Lazım olanlar:
Yarım kilo un
1 stəkan su
Yarım stəkan zeytun yağı
Yarım paket yaş maya
1,5 çay qaşığı duz
50 qram qurudulmuş pomidor
1 çay qaşığı kəklikotu

Hazırlanması:
Qurudulmuş pomidorları isti suyun içinə qoyun və yumşaldın. Dərin bir qabın içində yaş maya, un və zeytun yağını qarışdırın. Qarışımın içinə kəklikotu və pomidor qurularını qatıb yoğurun. Mayalanması üçün 30 dəqiqə saxlayın. Xəmiri istədiyiniz formada düzəldib 180 dərəcəlik sobada üzəri qızarana qədər bişirin.
Nuş olsun!

Milli.Az

Xəbər 330 dəfə oxundu.