Məşhur argentinalı İngiltərə klubunda
Məşhur argentinalı məşqçi Marselo Byelsanın yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, "Dəli" ləqəbli mütəxəssis İngiltərənin "Lids" klubunu çalışdırmağa razılıq verib.
63 yaşlı çalışdırıcı II divizionda işləməkdə tərəddüd etsə də, klub rəhbərliyi onu layihənin ciddiliyinə inandırıb. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, karyerası ərzində bir çox komandalara rəhbərlik etmiş Byelsa Argentina və Çili yığmalarını da çalışdırıb. Onun son iş yeri 2017-ci ildə qovulduğu Fransa "Lill"i olub.

Xəbər 191 dəfə oxundu.