Tramp Şimali Koreyaya, Kim Çen In isə ABŞ-a səfər etməyə razılıq verib
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın Pxenyana səfər etmək dəvətini qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kim Çen In, öz növbəsində, D.Trampın Vaşinqtona səfər dəvətini qəbul edib.
“İki ölkə lideri məmnuniyyətlə bir-birinin dəvətini qəbul edib. Onlar qarşılıqlı səfərlərin KXDR-ABŞ münasibətlərinin normallaşdırılmasında mühüm hadisə olacağına əminliklərini ifadə ediblər”, - deyə Şimali Koreyanın dövlət xəbər agentliyinin məlumatında bildirilir.

Xəbər 194 dəfə oxundu.