Penitensiar Xidmətdə Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilmişdir.
 
PX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir zamanı Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixinin ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb.
 
Bildirilib ki, ölkə ərazisində sosial-iqtisadi böhranın hökm sürdüyü, hərc-mərcliyin tüğyan etdiyi, vətəndaş müharibəsinin getdiyi bir dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı xalqın və dövlətin taleyində həlledici rol oynayıb. Heydər Əliyev ideyaları əvəzolunmaz miras olaraq bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasətin əsasını təşkil edir və Azərbaycanın gələcək inkişafı üçün də əsas prioritet olaraq yaşayacaq.
 
Tədbirdə iştirak edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev çıxışında bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdığını və bu mühüm nailiyyətin ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin bəhrəsi olduğunu vurğulayıb.
 
Tədbirin sonunda 15 iyun – Milli 
Tural

Xəbər 88 dəfə oxundu.