Yəməndə 4 BƏƏ hərbçisi həlak olub
Yəməndə hərbi əməliyyatlar zamanı Birləşmiş Ərəb Əmirliklərinin 4 hərbçisi həlak olub.
APA-nın məlumatına görə, bu barədə BƏƏ-nin WAM agentliyi xəbər verib.
Hərbçilərin hansı şəraitdə öldüyü açıqlanmır. Hazırda Yəmən hökumətinə sadiq hərbi birləşmələr BƏƏ-nin dəstəyi ilə Hodeyda şəhərinin üsyançı husilərdən azad olunması istiqamətində əməliyyat keçirir.
Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Xəbər 60 dəfə oxundu.