Qaçaqmalların ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin arxa təkərlərinin içərisində Çin istehsalı olan 10 ədəd "Fuua", 30 ədəd "X-inova", 20 ədəd "Kibosun", 10 ədəd "ZHT", 5 ədəd "Sunelen" və 5 ədəd "B110" markalı mobil telefonlar, həmçinin 30 ədəd qidalandırıcı qurğu aşkara çıxarılıb.Faktla bağlı araşdırma aparılır.
Tural

Xəbər 105 dəfə oxundu.